Sadə LİMONLU PEÇENYE

Məhsullar:

Xəmir:

- 2 stəkan un

- 150 qr kərə yağı  

- 100 qr xama

- 2 yumurta

İçlik:

- 2 iri limon

- 1,5 stəkan şəkər tozu (zövqə görə azalda və ya artıra bilərsiniz)

- 1 ç.q. nişasta

Hazırlanması:

1. Unu ələyin, soyuq kərə yağını sürtgəcdən keçirin, unla ovuşdurun.

2. Yumurtanı bir az çalın, xama əlavə edin, qarışdırın.

3. Yumurtalı qarışığı unlu qarışığa əlavə edin, qarışdırın. Xəmiri 2 hissəyə bölün, plyonkaya bükün, soyuducuda 30 dəqiqə saxlayın.

4. Limonun sarı qabığını (sedra) sürtgəcdən keçirin, ağ qabığını ehtiyatla soyun (o acı dad verir). Limonları blenderdən keçirin, sedranı, şəkər tozunu və nişastanı əlavə edin, yaxşı qarışdırın.

5. Xəmirin 1-ci hissəsini yayın, perqament sərilmiş formaya qoyun, üzərinə içlik çəkin, xəmirin 2-ci hissəsi ilə örtün, qıraqlarını bərkidin.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, 25-30 dəqiqə bişirin.

7. Soyudun, kvadrat və ya romb şəklində doğrayın, üzərinə şəkər tozunu səpin.     

Nuş olsun!

Evdarliq.az




loading...

Qaraciyərin sevimli içkisi - KİŞMİŞ SUYU