Məhsullar:
- 1,5 stəkan un (1 stəkan + yarım stəkan)
- 1 yumurta
- 1 banan
- 100 qr kərə yağı
- 2 x.q. kakao
- yarm stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1 ç.q. vanil
- 1 çimdik duz
Hazırlanması:
1. Unu kakao, qabartma tozu və duzla qarışdırın və ələyin.
2. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalın, əzilmiş banan, yumurta və vanil əlavə edin, qarışdırın.
3. Hissə-hissə unlu qarışıq əlavə edin, yaxşı qarışdırın.
4. Tavaya perqament sərin, xəmirdən qaşıqla götürüb tavaya peçenyeləri düzün.
5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni təxminən 20 dəqiqə bişirin, soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az