Azərbaycan mətbəxi öz rəngarəngliyi ilə seçilir. Ailem.az sizə əsasən Qəbələ bölgəsində bişirilən üçqulaq paxlavanın reseptini verir.
Tərkibi:
- 500 qr un
- 2 ədəd yumurta
- 150 qr süd
- Maya, duz.
İçlik:
- 200 qr qoz ləpəsi
- 200 qr şəkər tozu
- Vanil.
Hazırlanma qaydası:
1. Xəmir yoğurulur, 0.5 saat isti yerdə saxlanılır. Sonra kündə edilib lavaş açılır və həmin lavaşlar pörtülür. 10 sm enliyində lavaşlar uzununa kəsilir. Kəsilmiş lavaşların 3/1 hissəsinə içlik qoyulur və üçbucaq formasında bükülür.
2. Duru yağda qızardılır. Qızardıldıqdan sonra üzərinə şəkər pudrası əlavə etmək olar. Süfrəyə çayla verilir.