Mayonezlə ağızda əriyən peçenye. Yarım saata hazır olur!

Məhsullar:

- 200 qr kərə yağı

- 200 qr mayonez

- 2 yumurta

- 1 stəkan şəkər tozu

- 3,5 stəkan un

- 2 ç.q. vanil

- yarım ç.q. duz

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Yumşaq kərə yağını mayonezlə mikserlə çalın, yumurta, duz, şəkər tozu, vanil əlavə edin, yenə yaxşı çalın.

2. Unu qabartma tozu ilə qarışdırın, ələyin, yağlı-mayonezli kütləyə hissə-hissə əlavə edin, yaxşı qarışdırın. Yumşaq xəmir alınmalıdır.

3. Xəmiri qənnadı torbaya qoyun, kərə yağı çəkilmiş tavaya kiçik peçenyeləri sıxın.

4. Sobanı 200 C qədər qızıdırın, peçenyeləri 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.