Qoz və kişmişlə çox dadlı RULET

Məhsullar:

2 rulet üçün

- 2 yumurta

- 2 yumurta sarısı

- 100 qr kərə yağı

- 2 x.q. bitki yağı

- 4 x.q. şəkər tozu

- 1 ç.q. duz

- 1 paket vanilin

- 250 ml süd

- təxminən 900 qr yaxın un (xəmir üçün və yaymaq üçün)

- 1 paket quru maya

- yumurtanın üzərinə çəkmək üçün 1 yumurta sarısı

İçlik:

- 2 stəkan blenderdən keçirilmiş qoz, 1 stəkan kişmiş, 5 x.q. şəkər tozu. Hamısı qarışdırılır. Şəkər tozunu artıra bilərsiniz.

Hazırlanması:

1. 600 qr unu maya ilə qarışdırın, ələyin.

2. Yumurtanı şəkər tozu və duzla bir qədər çalın.

3. Yumurtaya əridilmiş kərə yağı, ilıq süd, bitki yağı əlavə edin, yaxşı qarışdırın.

4. Kütləni una əlavə edin, yumşaq xəmir yoğurun. Lazım olduqda un əlavə edin.

5. Xəmirin üstünü örtün, 20 dəqiqə isti yerdə saxlayın.

6. Xəmiri 2 hissəyə bölün, hərəsini nazik yayın, içlik qoyun, rulet formasında bükün.

7. Ruletlərin üzərinə çalınmış yumurta sarısını çəkin.

8. Ruletləri perqament sərilmiş tavaya qoyun.

9. Sobanı 200-220 C qədər qızdırın, ruletləri təxminən 40 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .