Şəkər çörək

Məhsullar:

- 250 qr kərə yağı

- 1 stəkan şəkər pudrası

- 3 ədəd yumurta sarısı (2 ədəd xəmirə, 1 ədəd üzərinə çəkmək üçün)

- 2,5-3 stəkan un

- 1 ç.q. vanil

- 1 ç.q qabartma tozu

Hazırlanması:

1. Yumşaq kərə yağı və şəkər pudrası mikserlə yaxşı çalınır.

2. Yumurta və vanil əlavə olunur, yenə çalınır.

3. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, xəmir yoğurun.

4. Xəmiri plyonkaya bükün, 30 dəqiqə soyuducuda saxlayın.

5. Hazır xəmirdən kiçik ölçülü təpəcikər düzəldib, baş hissəsinə yumurta sarısı çəkin.

6. 180 dərəcəlik sobada 20 dəqiqə bişirilir (üstü qızarmamalıdır, ağ qalmalıdır).

NUŞ OLSUN!

Evdarliq.az



 

 

.