Kivi ilə asan hazırlanan DADLI KEKS

Məhsullar:

- 2 stəkan un

- 1 stəkan şəkər tozu

- 150 qr kərə yağı

- 3 yumurta

- 2 kivi

- 1 x.q. nişasta (dolu olmamalıdır)

- vanil

- 1 ç.q. soda + limon şirəsi

Hazırlanması:

1. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalın.

2. Bir-bir yumurta əlavə edin, mikserlə çalın.

3. Un, limon şirəsi ilə söndürülmüş soda və vanil əlavə edin, qarışdırın.

4. Kivini soyun, tikələrə doğrayın, üzərinə nişasta səpin, qarışdırın. Kivini  xəmirə əlavə edin, qarışdırın.  

5. Sobanı 180 C qədər qızıdırın, təxminən 40 dəqiqə bişirin.

6. Soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.