Alma və portağalla DADLI PİROQ

Məhsullar:

- 100 qr kərə yağı

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- yarım stəkan şəkər tozu

- 300 qr un

- 50 qr kokos yonqarı

- 2 iri alma

- 1 portağal

- pudra (üzərinə səpmək üçün)

Hazırlanması:

1. Yumurtanı şəkər tozu ilə mikserlə çalın, yumşaq kərə yağı və kokos əlavə edin, yenə bir az çalın.

2. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, xəmir yoğurun.

3. Xəmiri formaya qoyun, qıraqları qaldırın.

4. Almanı və portağalı təmizləyin (portağalın ağ qabığını da soyun), tikələrə doğrayın, xəmirin üzərinə qoyun.

5. Piroqu 180 C qədər qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

6. Piroq soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .