Tərkibi:
- 4 stəkan un
- 2 stəkan şəkər tozu
- 1 stəkan duru yağ
- 1 stəkan qatıq
- 3 ədəd yumurta
- 1 paket vanil
- 1 paket qabartma tozu
Hazırlanması:
1. Unla şəkər tozunu qarışdırın.
2. Duru yağı əlavə edib qarışdıraraq umac hazırlayın.
3. Umacdan 1 stəkan götürüb kənara qoyun.
4. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa tökərək köpürdərək onun içinə tökün.
5. Vanil və umacı qatıqlı qarışıma əlavə edərək yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın.
6. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin.
7. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin.
Nuş olsun!
Ailem.az