Məhsullar:
Krem:
- 250 ml süd
- yarım stəkan şəkər tozu
- 2 x.q. un
- 2 yumurta
- 1 ç.q. vanil
Xəmir:
- 1 stəkan un
- 1 ç.q. qabartma tozu
- 1 stəkan şəkər tozu
- 3 yumurta
Hazırlanması:
1. Krem: qazanda süd və şəkərin yarısını yaxşı qarışdırın, qaynamaga qoyun. Şəkər əriyəndə, oddan götürün. Ayrı qabda qalan şəkər, 2 x.q. un, vanil və yumurtanı qarışdırın, üzərinə qazandan yarım stəkan süd tökün, yaxşı qarışdırın, yenidən qazana tökün, qazanı odun üzərinə qoyun, qarışdıra-qarışdıra bir neçə dəqiqə qaynadın. Qatı kütlə alınmalıdır. Oddan götürün, 1 saat ərzində soyudun.
2. Xəmir: unu qabartma tozu ilə birlikdə ələyin, yumurtanı şəkər tozu ilə qatı kütlə alınana qədər çalın, ehtiyatla unu əlavə edin, tez qarışdırın ki, kütlənin həcmi azalmasın.
3. Sobanı 180 C qədər qızdırın. Formaya yağ çəkin, xəmirin yarısını qoyun, üzərinə krem və sonra yenə xəmir qoyun.
4. Piroqu 30-40 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az