Cemlə KƏSMİKLİ PEÇENYE - Foto

Məhsullar:

- 250 qr un

- 180 qr kərə yağı

- 200 qr kəsmik

- yarım stəkan şəkər tozu

- 1 ç.q. qabartma tozu

- 1 ç.q. vanilli şəkər

Üzərinə tökmək üçün: 2 ç.q. şəkər tozu, 1 ç.q. xaşxaş

İçlik: qatı cem və ya povidlo

Hazırlanması:

1. Kəsmiyi sürtgəcdən sıxın, yumşaq kərə yağı və şəkər tozunu əlavə edin, yaxşı qarışdırın.

2. Unu qabartma tozu ilə birlikdə ələyin, kəsmikli kütləyə əlavə edin, xəmir yoğurun.

3. Xəmiri plyonkaya bükün, soyuducuda 20 dəqiqə saxlayın.

4. Sonra xəmiri 2 hissəyə bölün, hər hissəni yarım sm qalınlıqda yayın, iti bıçaqla kvadrat formasında kəsin.  

5. Hər kvadratın ortasına yarım ç.q. cem qoyun, şəkildə göstərildiyi kimi bükün.

6. Formaya perqament sərin, peçenyeləri düzün, üzərinə şəkər tozu ilə xaşxaş səpin.  

7. Peçenyeləri 200 C qədər qızdırılmış sobada qızılı rəng alana qədər təxminən 15 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az