Şirniyyat

Qəhvə ilı DADLI PİROQ

Məhsullar:

- yarım stəkan qatıq

- 3 ç.q. qəhvə (toz)

- 2 yumurta

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 100 qr kərə yağı

- 12 qr qabartma tozu (1 paket)

- 1 çimdik duz

Qlazur üçün: 100 qr şokolad, 20 qr kərə yağı

Hazırlanması:

1. Qəhvəni qatığa əlavə edin, yaxşı qarışdırın.

2. Yumurtanı şəkər tozu ilə mikserlə çalın.

3. Yumurtalı kütləyə qatığı əlavə edin, qarışdırın.

4. Yumşaq kərə yağını əlavə edin, bir az mikserlə çalın.

5. Unu qabartma tozu və duzla qarışdırın, ələyin, kütləyə əlavə edin, qarışdırın.

6. Formaya kağız sərin, xəmir qoyun, hamarlayın, qabaqcadan 180 C qədər qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin (diş çöpü ilə yoxlayın).

7. Qlazur: şokoladı su hamamında əridin, yağ əlavə edin, yaxşı qarışdırın. Həmçins kütlə alınmalıdır.

8. Piroqu soyudun, üzərinə şokolad tökün.

Nuş olsun!

Evdarliq.az  


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика