Türk paxlavası - RESEPT

Azərbaycan mətbəxinin ən dadlı şirniyyat növlərindən biri paxlavadır.

Bu paxlavanı hər kəs sevir. Xüsusilə də Novruz bayramında süfrələrimiz paxlava ilə bəzənir. Amma başqa ölkələrin də özünəməxsusu paxlava növləri mövcuddur. Sizə türk paxlavasının bişirilmə qaydasını təqdim edirik.

Lazım olanlar:

- 1 kilo un

- 3 yumurta

- 10 qram duz

- 50 qram nişasta

- 1 kilo kərə yağı

- 500 qram yaşıl fıstıq (üyüdülmüş)

- 500 qram süd

- 750 qram şəkər tozu

- 350 qram su

- yaymaq üçün nişasta  

Şərbətin hazırlanması:

1 kilo şəkər tozunu 350 qram su ilə mət olana qədər qaynadın.

Paxlavanın hazırlanması:

Una yumurta, duz və süd töküb yoğurun. Daha sonra xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın. Kündələrdən nişasta köməyi ilə nazik yuxalar yayın. Daha sonra soba qabına iki yuxa sərin və üzərinə üyüdülmüş fıstığı səpin. 12-14 qata qədər bunu təkrara edin. Daha sonra paxlavanızı kəsib üzərinə əritdiyiniz kərə yağını gəzdirin və sobaya qoyun. Üstü qızardıqdan sonra sobadan çıxarın və üzərinə qaşıqla şərbət gəzdirin.

Nuş olsun!

Ailem.az