Portağalla ÇOX DADLI PEÇENYE - Foto

Tərkib:

Xəmir:

- 2 stəkan un

- 1/3 stəkan xama

- yarım stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 1 yumurta

- yarım ç.q. qabartma tozu

- 1 çimdik duz

İçlik:

- 1 portağal

- yarım stəkan şəkər tozu

- 1 x.q. nişasta

Üzərinə çəkmək üçün: 1 yumurtasarısı, qoz (üzərinə səpmək üçün, zövqə görə)

Hazırlanması:

1. Unu kərə yağı ilə barmaqlarınızla ovun, şəkər tozu, duz, qabartma tozu, yumurta və xamanı əlavə edin, tez qarışdırın, xəmir yoğurun, soyuducuda 1 saat saxlayın.

2. Portağalı blenderdə əzin, şəkər tozu və nişasta əlavə edin, blenderdə qarışdırın. Qatı, həmcins kütlə alınmalıdır.

3. Xəmiri 3-4 mm qalınlıqda düzbucaq formasında yayın, üzərinə içlik çəkin, rulet formasında bükün, tikələrə doğrayın, üzərinə yumurtanın sarısını çəkin, xırda doğranmış qoz səpin (səpməmək də olar).

4. Tavaya kağız qoyun, peçenyeləri düzün, 180 C qədər qızdırılmış sobada 20-30 dəqiqə bişirin (qızarana qədər).

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...