Asan hazırlanan BADAM PEÇENYESİ

Məhsullar:

- 200 qr badam

- 1 stəkan şəkər pudrası

- 4 yumurta ağı

- 1 çimdik duz

- vanil

Hazırlanması:

1. Badamı əvvəl isti, sonra soyuq suya salın, sobada 5-10 dəqiqə qurudun, qəhvəüyüdəndə üyüdün.

2. Yumurta ağına 1 çimdik duz vurun, mikserlə yaxşı çalın.

3. Hissə-hissə pudra və vanil əlavə edin, yenə yaxşı çalın.

4. Badam unu əlavə edin, ehtiyatla qarışdırın.

5. Xəmiri qənnadı torbaya qoyun, perqament sərilmiş tavaya peçenyeləri sıxın (aralarında məsafə saxlayın).

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Peçenyeni 20-25 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarli.az