Məhsullar:
- 3 yumurta
- 100 qr kərə yağı
- yarım stəkan şəkər tozu
- 1 ç.q. darçın
- 3 alma
- 100 qr qoz
- 2 ç.q. qabartma tozu
- 2-2,5 stəkan un
Hazırlanması:
1. Almaları soyun, sürtgəcin iri gözündən keçirin (şirə çoxdursa, süzün).
2. Qozu qırdalayın.
3. Yumşaq kərə yağını şəkər tozu ilə mikserlə çalın.
4. Yumurta əlavə edin, yenə çalın.
5. Alma, qoz və darçın əlavə edin, yaxşı qarışdırın.
6. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, xəmir yoğurun.
7. Xəmirdən peçenye düzəldin, kağız sərilmiş tavaya düzün.
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni 20-25 dəqiqə bişirin, soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az