Limon və kəsmiklə SADƏ PEÇENYE

Məhsullar:

- 1 limonun sedrası (sarı qabıq)

- 100 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 1 yumurta

- 200 qr kəsmik

- 1 - 1,5 stəkanun

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Limonun sarı qabığını sürtgəcdən keçirin.

2. Yağı şəkər tozu və limon sedrası ilə mikserlə çalın.

3. Yumurta əlavə edin, yaxşı qarışdırın.

4. Kəsmiyi ələkdən sıxın, kütləyə əlavə edin, qarışdırın.

5. Unu qabartma tozu ilə birlikdə ələyin, xəmirə əlavə edin, xəmir yoğurun.

6. Xəmiri yayın, müxtəlif formalarda peçenye kəsin.

7. Sobanı qabaqcadan 220 C qədər qızıdırın, peçenyeni 10-12 dəqiqə bişirin.

8. Soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az