Bananlı MAFFİNLƏR. Sadə üsul

Məhsullar:

- 2 dəymiş banan

- 100 qr kərə yağı

- 150 qr şəkər tozu

- 2 yumurta

- 2 ç.q. qabartma tozu

- 250 qr un

Hazırlanması:

1. Bananları təmizləyin, çəngəllə əzin.

2. Şəkər tozunu yumşaq kərə yağı ilə çalın, yumurta əlavə edin, yenə çalın.

3. Banan əlavə edin, yaxşı qarışdırın.

4. Un, və qabartma tozunu əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.

5. Xəmiri yaş çəkilmiş kiçik formalara qoyun.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, 15-20 dəqiqə bişirin.

7. Soyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

Yeməkdən dərhal sonra ÇAY içənlər mütləq baxsın! - VİDEO