Cemlə ŞOKOLADLI PİROQ

Məhsullar:

- 1 stəkan un

- 150 qr şəkər tozu

- 1 yumurta

- 2 x.q. kakao-toz

- 5 x.q. bitki yağı

- 1 stəkan süd

- 2 c.q. vanilli şəkər tozu

- 2 ç.q. qabartma tozu

- yarım ç.q. duz

İçlik:

- 6-7 x.q. qatı cem və ya mürəbbə (çox şirin olmamalıdır)

Qlazur:

- 1 plitka şokolad

- 30 qr kərə yağı

Hazırlanması:

1. Bütün quru inqrediyentləri qarışdırın.

2. Süd əlavə edin, yaxşı qarışdırın.

3. Bitki yağı əlavə edin, yenə qarışdırın. Duru xəmir alınmalıdır.

4. Formaya kağız sərin, xəmir tökün.

5. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.

6. Hazır piroqu soyudun, 2 hissəyə bölün, aralarına cem çəkin.

7. Qlazur: Şokoladı su hamamında əridin, kərə yağını əlavə edin, qarışdırın, bir az soyudun, piroqun üzərinə çəkin.

8. Piroqun üzərinə doğranmış qoz, kokos yonqarı səpmək olar.

Nuş olsun!

Evdarliq.az



 

 

.