Ədviyyatlı peçenye. Çox asan resept!

Məhsullar:

- 250 qr un

- 100 qr kərə yağı

- 100 qr şəkər tozu

- 4 x.q. bal

- 1 yumurta

- 1 ç.q. üyüdülmüş zəncəfil

- 1 ç.q. darçın

- yarım ç.q. üyüdülmüş mixək

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkər tozu ilə mikserlə çalın.

2. Yumurta əlavə edin, qarışdırın.

3. Bal əlavə edin, qarışdırın.

 4. Una bütün ədviyyatları və qabartma tozunu əlavə edin, yaxşı qarışdırın, ələyin, kütləyə əlavə edin, qarışdırın, xəmir yoğurun.

5. Xəmiri plyonkaya bükün, 1 saat soyuducuda saxlayın.

6. Xəmiri 0,3-0,5 sm qalınlığında yayın, formalarla peçenye kəsin.

7. Tavaya perqament kağızı sərin, peçenyeləri düzün (aralarında məsafə saxlayın).

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeləri təxminən 10-15 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az