Dadlı TULA PRYANİKİ

İnqrediyentlər:

- 100 qr kərə yağı

- 2 x.q. bal

- yarım stəkan süd

- 1 stəkan şəkər tozu

- 1 ç.q. soda

- 1 yumurta

- yarım ç.q. darçın

- yarım ç.q. cövüz

- 3-3,5 stəkan un

- cem (istənilən cemdən istifadə etmək olar)

Hazırlanması:

1. Yumurta ağını şəkər tozu ilə çalın.

2. Süd əlavə edin, qarışdırın.

3. Əridilmiş yağ, bal, ədviyyatları əlavə edin, qarışdırın.

4. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin.

5. Ələnmiş un əlavə edin, xəmir yoğurun, 2 hissəyə bölün.

6. Bir hissəni nazik yayın, yağ çəkilmiş tavaya qoyun, üzərinə cem çəkin.

7. İkinci hissəni yayın, cemin üzərinə qoyun, qıraqları bərkidin, üzərinə çalınmış yumurta çəkin, çəngəllə naxış çəkin.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, pryaniki 30 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .