Balqabaq və kişmişlə DADLI MANNİK

Məhsullar:

- 200-300 təmizlənmiş balqabaq

- 1 stəkan təzə qatıq

- 1 stəkan manna

- 1 stəkan un

- 1 stəkan şəkər tozu

- 1 yumurta

- 100 qr kərə yağı

- 2 ç.q. qabartma tozu

- 1 ç.q. darçın

- 1 paket vanilli şəkər tozu

- 1 çimdik duz

- 100 qr kişmiş

Hazırlanması:

1. Mannaya qatıq tökün, qarışdırın, yarım saat saxlayın ki, şişsin.

2. Yumurta, şəkər tozu, duz, əridilmiş kərə yağı, vanil, darçın əlavə edin, yaxşı qarışdırın.  

3. Unu qabartma tozu ilə qarışdırın, birlikdə əlayin, kütləyə əlavə edin, qarışdırın.

4. Kişmiş və xırda doğranmış balqabağı əlavə edin, yaxşı qarışdırın.

5. Formaya yağ çəkin, xəmir qoyun.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 1 saat ərzində bişirin.

7. Manniki soyudun, üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


.