Limon və squşonka ilə DADLI KEKS

Tərkib:

- 1 banka squşonka

- 1 yumurta

- 1 iri limon

- 100 qr qarğıdalı nişastası (yoxdursa, kartof nişastasından da istifadə etmək olar)

- 50 qr kərə yağı

- 2 ç.q. qabartma tozu

- 150-200 qr un

Hazırlanması:

1. Limonun sedrasını (sarı qabıq) sürtgəclə soyun, şirəsini sıxın. (Limonun ağ qabığı düşməməlidir, o acı dad verir.)

2. Squşonkaya yumurta və yumşaq kərə yağı əlavə edin, qarışdırın.

3. Limon şirəsi, sedra və nişastanı əlavə edin, yaxşı qarışdırın.

4. Ələnmiş un və qabartma tozu əlavə edin, qarışdırın.

5. Formaya yağ çəkin, xəmir qoyun, 180 C qədər qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

6. Keks soyuyanda üzərinə pudra səpmək olar.

Nuş olsun!

Evdarliq.az


.