Qozla kəsmikli-şokoladlı piroq. Çox asan resept!

İnqrediyentlər:

- 300 qr kəsmik

- 150 qr kərə yağı

- 3 yumurta

- 150 qr şəkər tozu

- 3 x.q. kakao-toz

- 100 qr qoz

- 1 paket vanilli şəkər tozu

- 2 ç.q. qabartma tozu

- 1 stəkan un

Hazırlanması:

1. Qozu xırdalayın.

2. Yağı şəkər tozu və vanilli şəkər tozu ilə mikserlə çalın.

3. Yumurta əlavə edin, yenə bir az çalın.

4. Kəsmik əlavə edin, qarışdırın.

5. Kakao və qoz əlavə edin, qarışdırın.

6. Qabartma tozunu unla qarışdırın, ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın.

7. Formaya yağ çəkin, xəmir qoyun, hamarlayın.

8. Sobanı 180 C qədər qızdırın, piroqu 35-45 dəqiqə ərzində bişirin.

9. Piroq soyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


.