Şokolad və kişmişlə yulaf peçenyesi

Tərkib:

- 150 qr kərə yağı

- 150 qr şəkər tozu

- 3 yumurta

- 100 qr yulaf lopaları (gerkules, xırda lopalar)

- 100 qr kişmiş

- 100 qr şokolad

- 1 ç.q. darçın

- 2 ç.q. qabartma tozu

- 350-400 qr un

Hazırlanması:

1. Şokoladı xırda doğrayın.

2. Yumşaq yağı şəkər tozu ilə mikserlə çalın.

3. Yumurta əlavə edin, bir az çalın.  

4. Kişmiş, darçın və şokolad əlavə edin, qarışdırın.

5. Yulaf lopaları əlavə edin, qarışdırın.

6. Unu qabarma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, xəmir yoğurun.

7. Tavaya yağ çəkin, xəmirdən peçenye düzəldin, tavaya düzün, aralarında məsafə saxlayın.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az


Загрузка...
. .