Tərkib:
- 2 yumurta
- 1 stəkan manna
- 1 stəkan qatıq
- 1 stəkan şəkər tozu
- 11 qr qabartma tozu (1 paket)
- 5 x.q. un
- 1 iri portağal
Hazırlanması:
1. Mannanın üzərinə qatıq tökün, 30 dəqiqə saxlayın ki, şişsin.
2. Başqa qabda yumurtanı şəkər tozu ilə çalın, mannaya əlavə edin, ehtiyatla qarışdırın.
3. Portağalı qabıqla birlikdə sürtgəcdən keçirin, xəmirə əlavə edin.
4. Un və qabartma tozunu əlavə edin, ehtiyatla qarışdırın.
5. Piroqu 30-40 dəqiqə 180 C qədər qızdırılmış sobada bişirin.
6. Soyandan sonra üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az