Kəsmikli peçenye ZƏRFLƏR - FOTO

Tərkib:

- 400 qr yağlı kəsmik

- 150 qr kərə yağı

- 150 qr şəkər tozu (+ peçenyelərin üzərinə tökmək üçün)

- 300-350 qr un

- 2 ç.q. qabartma tozu

- vanil

Hazırlanması:

1. Kərə yağını şəkər tozu ilə yaxşı qarışdırın.

2. Kəsmik əlavə edin, qarışdırın.

3. Un, vanil və qabartma tozunu əlavə edin, qaraşdırın.

4. Xəmir yoğurun, 3-5 mm qalınlıqda yayın, kvadratlar şəklində kəsin.

5. Hər kvadratın ortasına bir az şəkər tozu səpin.

6. Ucları birləşdirin.

7. Tavaya kağız sərin, peçenyeləri düzün.

8. Sobanı 180 C qədər qızdırın, peçenyeləri 20-25 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.az

Mənbə: say7.ru



 

 

.