İnqrediyentlər:
- 1 heyva
- 2 stəkan un
- 100 qr kərə yağı
- 1 dolu olmayan stəkan şəkər tozu
- 1 yumurta
- yarım ç.q. soda
- 1 x.q. sirkə
- vanil
Hazırlanması:
1. Unu ələyin, soyuq kərə yağını sürtgəcdən keçirin və ya xırda doğrayın, una əlavə edin, yaxşı ovuşdurun.
2. Yumurta, şəkər tozu, vanil, sirkə ilə söndürülmüş sodanı əlavə edin, qarışdırın.
3. Heyvanı yaxşı yuyun, təmizləyin, soyun, sürtgəcdən keçirin, xəmirə əlavə edin.
4. Xəmiri 40 dəqiqə soyuducuda saxlayın, sonra xəmirdən götürüb yumru peçenyeləri düzəldin, yağ çəkilmiş tavaya düzün, 180 C qızdırılmış sobada qızarana qədər təxminən 10 dəqiqə bişirin.
5. Soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!
Evdarliq.az