Tərkib:
- 1 stəkan təzə qatıq
- yarım stəkan şəkər tozu
- 2 x.q. bitki yağı
- 2-2,5 stəkan un
- yarım ç.q. duz
- 2 ç.q. qabartma tozu
- 1 ç.q. vanil
- 2 yumurta (1 - xəmirə, 1 - üzərinə çəkmək üçün)
Hazırlanması:
1. Qatığı şəkər tozu, duz, bitki yağı, yumurta və vanillə qarışdırın.
2. Unu qabartma tozu ilə birkikdə ələyin, qatıqlı-yumurtalı kütləyə əlavə edin, yaxşı qarışdırın, xəmir yoğurun.
3. Xəmirdən bulkaları düzəldin, üzərinə yumurta çəkin.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, bulkaları yağ çəkilmiş tavaya düzün, təxminən 30 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az