Sadə ŞOKOLADLI PEÇENYE - Foto

İnqrediyentlər:

- 150 qr şəkər tozu

- 150 qr kərə yağı

- 2 ç.q. vanilli şəkər tozu

- 1 yumurta

- 50 qr kakao-toz

- 300-350 qr un

- 2 ç.q. qabartma tozu

Hazırlanması:

1. Kərə yağını şəkər tozu və vanilli şəkər tozu ilə çalın, yumurta əlavə edin, yenə çalın, kakao əlavə edin, qarışdırın.

2. Unu qabartma tozu ilə qarışdırın, ələyin, yağlı-yumurtalı kütləyə əlavə edin, xəmir yoğurun.

3. Xəmiri plyonkaya bükün, 40 dəqiqə soyuducuda saxlayın, sonra nazik yayın, formalarla peçenye kəsin.

4. Tavaya kağız sərin, peçenyeləri düzün, 180 C qədər qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az

Mənbə: say7.info



 

 

.