Bişmiş ŞOKOLADLI KREM. Asan hazırlanır!

Bu kremi tort, pirojna üçün istifadə etmək və ya keks, maffinlərlə masaya vermək olar.

Krem çox tez və asan hazırlanır, yüngül və dadlı krem alınır.

Tərkib:

- yarım l süd

- 100 qr şokolad

- 100 qr şəkər tozu

- 4 yumurta sarısı

- 50 qr un

Hazırlanması:

1. Südü qızdırın, tikələrə bölünmüş şokoladı əlavə edin. Şokolad tam əriyənə qədər qızdırın.

3. Yumurta sarısını şəkər tozu ilə mikserlə yaxşı çalın, un əlavə edin, qarışdırın.

4. Yumurtalı kütləni şokoladlı südə əlavə edin, vam odda qaim qarışdıra-qarışdıra qatılaşana qədər bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.