Portağalla ƏTİRLİ YUMŞAQ KEKS

İnqrediyentlər:

- 1 iri portağal

- 150 qr şəkər tozu

- 2 ç.q. vanilin

- 150 qr kərə yağı

- 3 yumurta

- 2 ç.q. qabartma tozu

- 200-250 qr un

Hazırlanması:

1. Portağalın sedrasını (sarı qabığı) sürtgəcin köməyi ilə soyun, şirəsini sıxın.  

2. Yağı şəkər tozu və vanilinlə mikserlə çalın.

3. Yumurta əlavə edin, yenə çalın.

4. Sedra və portağal şirəsini əlavə edin, qarışdırın.

5. Un, qabartma tozu əlavə edin, xəmir yoğurun.

6. Formaya yağ çəkin, xəmiri qoyun.

7. Sobanı 180 C qədər qızdırın, keksi 35-40 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.