Şirniyyat

Kivi ilə YÜNGÜL VƏ DADLI PİROQ

Tərkib:

- 200 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 2 stəkan un

- 2 yumurta

- 1 stəkan xama

- 2 x.q. nişasta

- 2-3 kivi

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Soyuq yağı sürtgəcdən keçirin, 1 yumurta və yarım stəkan şəkər tozu əlavə edin, çəngəllə yaxşı qarışdırın.

2. Ələnmiş un və qabartma tozu əlavə edin, qarışdırın, xəmir yoğurun.

3. Xəmiri plyonkaya bükün, 1 saat soyuducuda saxlayın.

4. İçlik: Xama, qalan şəkər və 1 yumurtanı mikserlə çalın, nişasta əlavə edin, yenə çalın. Kivini soyun, kub şəklində doğrayın.

5. Xəmiri soyuducudan çıxardın, 1 sm qalınlıqda yayın, yağ çəkilmiş formaya qoyun, qıraqlarını qaldırın, çəngəllə bir neçə yerdən deşin.

6. Formanı qabaqcadan 180 C qızdırılmış sobaya qoyun, təxminən 15 dəqiqə bişirin.

7. Yarıhazır xəmiri bir qədər soyudun, üzərinə kivi düzün, sonra xamalı kütləni tökün. Formanı yenə sobaya qoyun və 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика