Şirniyyat

Kişmişlə ŞOKOLADLI PEÇENYE. Yarım saata hazır olur!

Tərkib:

- 100 qr kərə yağı

- yarım stəkan şəkər tozu

- 2 yumurta

- 2 x.q. kakao-toz

- 200 qr kişmiş

- 1,5-2 stəkan un

- 2 ç.q. qabartma tozu

Hazırlanması:

1. Kişmişi yuyun, qurudun.

2. Yumşaq kərə yağını şəkər tozu ilə çalın.

3. Yumurta əlavə edin, yenə bir qədər çalın.

4. Kakao və kişmiş əlavə edin, qarışdırın.

5. Qabartma tozunu və ələnmiş un (hissə-hissə) əlavə edin, xəmir yoğurun.

6. Tavaya kağız sərin, yağ çəkin.

7. Xəmirdən götürüb peçenyeləri düzəldin, tavaya düzün.

8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni 15-20 dəqiqə ərzində bişirin.

9. Peçenye soyuyandan sonra üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


. .
Загрузка...
Загрузка...

Əziz və çox dəyərli xanımlar!

Buta design” şirkəti sizə növbəti çox maraqlı olan Evdarliq.Az layihəsini təqdim edir.

Bizimlə Siz dadlı yeməklərin rahat və müxtəliv çesidli reseptləri, təmizlik işlərinin sirri, ev əşyalarına düzgün qulluq qaydaları, interyerə uyğun əşyaların  düzgün düzülülşü və dünyada mətbəx və evə aid bütün yeniliklərdən xəbərdar olacaqsınız. 

Saytımıza daxil olduqda ev işlərində  daha  təcrübəli olmanız və bününla daha az zaman sərf etməniz üçün çox çalışacayıq. Ən əsas məqsədimiz isə əldə etdiyiniz maraqlı məlumatlar sayəsində  sizə çətin gələn işlərin asanlaşmasıdır.

Qoy bundan sonra gündəlik ev işləri, öhdəsindən rahatlıqla gəldiyiniz üçün  sizə yalnız həzz hissi yaşatsın!

Hörmətlə,

Evdarlıq.Az

Яндекс.Метрика