Tərkib:
- 200 qr təmizlənmiş balqabaq
- 1 limonun sedrası (sarı qabığı)
- 2 yumurta
- yarım stəkan bitki yağı
- 1 stəkan şəkər tozu (zövqə görə bir qədər az götürmək olar)
- 1-1,5 stəkan un
- yarım ç.q. soda
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə yaxşı çalın, yağ əlavə edin, qarışdırın.
2. Balqabağı sürtgəcdən keçirin, limonun sarı qabığını sürtgəcin köməyi ilə soyun. Balqabağı və sedranı xəmirə əlavə edin, qarışdırın.
3. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin, ələnmiş un əlavə edin, qarışdırın.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmiri yağ çəkilmiş formaya tökün, piroqu təxminən 30 dəqiqə bişirin.
Nuş olsun!
Evdarliq.az