Qəhvə dənələri PEÇENYESİ

Tərkib:

- 100 qr yumşaq kərə yağı

- 150 qr şəkər tozu

- 1 x.q. qəhvə (toz)

- 2 x.q. kakao-toz

- 2 yumurta

- 300 qr un

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Kərə yağını şəkər tozu ilə qaşıqla yaxşı qarışdırın.

2. Qəhvə və kakao əlavə edin, yenə yaxşı qarışdırın.

3. Yumurta əlavə edin, qarışdırın.

4. Qabartma tozunu unla birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın. Xəmir yoğurun.

5. Xəmiri plyonkaya bükün, 30 dəqiqə soyuducunun dondurucu kamerasında saxlayın.

6. Xəmirdən tikələri kəsib şəkildə göstərildiyi kimi forma verin.

7. Tavaya yağ çəkin, peçenyeləri düzün, 180 C qədər qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...