Tez hazırlanan BİSKVİT TORTU

Xəmir:

- 3 iri yumurta (və ya 4 kiçik)

- 1 stəkan şəkər tozu

- 1 stəkan un

- 1 paket qabartma tozu

- vanilin

Krem:

- 400 qr yağlı xama

- 1 stəkan şəkər tozu

Hazırlanması:

1. Yumurtanı şəkər tozu və vanilinlə ilə birlikdə mikserlə yaxşı çalın. Qabartma tozu una əlavə edin, birlikdə ələyin, yumurtalı kütləyə əlavə edin, ehtiyatla qarışdırın.

2. Sobanı qabaqcadan 180 C qədər qızdırın, biskviti 20-30 dəqiqə bişirin.

3. Biskviti tam soyudun, 2 hissəyə bölün.

4. Krem: soyuq xamanı şəkər tozu ilə çalın, korjlara çəkin.

5. Tortun üzərini zövqünüzə görə bəzəyin.   

Nuş olsun!

Evdarliq.az



 

 

.