40 dəqiqəyə hazır olan BANANLI PİROQ

İnqrediyentlər:

- 2 banan

- 100 qr kərə yağı

- 2 yumurta

- 100 qr xama

- yarım stəkan şəkər tozu

- 1,5 stəkan un

- yarım ç.q. soda

- pudra (piroqun üzərinə səpmək üçün).

Hazırlanması:

1. Bananı tikələrə doğrayın, blenderdə əzin.

2. Doğranmış kərə yağını əlavə edin, 10-20 san. blenderdə əzin.

3. 2 yumurta əlavə edin, blenderdə qarışdırın.

4. Şəkər tozu və xamanı əlavə edin, eynicinsli kütlə alınana qədər blenderdə qarışdırın.

5. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin, qarışdırın.

6. Ələnmiş unu əlavə edin, blenderdə qarışdırın. Xama qatılığında xəmir alınmalıdır.

7. Formaya perqament kağızı sərin, xəmiri tökün, 180 C qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Piroqun hazır olub-olmadığını quru diş çöpü ilə yoxlayın.

8. Piroq soyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.