Qavalı ilə çox SADƏ PİROQ

İnqrediyentlər:

Xəmir:

- 2-2,5 stəkan un

- 200 qr kərə yağı

- 1 stəkan şəkər tozu

- 1 yumurta

- 1 ç.q. qabartma tozu

İçlik:

- 10 ədəd qavalı

- 1-2 x.q. şəkər tozu

- 1 ç.q. darçın

Hazırlanması:

1. Yumşaq kərə yağı, şəkər tozu və yumurtanı qarışdırın.

2. Qabartma tozunu unla birlikdə ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın.

3. Xəmiri plyonkaya bükün, 40 dəqiqə soyuducuda saxlayın.

4. Qavalını yuyun, çəyirdəklərini çıxardın, 4-6 hissəyə bölün.

5. Formaya xəmirin 2/3 hissəsini qoyun, yastıladın.

6. Üzərinə qavalını düzün, şəkər tozu və darçını səpin.

7. Üzərinə qalan xəmiri sürtgəcdən keçirin.

8. Sobanı qabaqcadan 190-200 C qədər qızdırın, piroqu 20-25 dəqiqə bişirin (üstü qızarmalıdır).

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...