Squşonka və şaftalı ilə ÇOX DADLI PİROQ

Tərkib:

- 1 banka squşonka

- 3 yumurta

- 1 stəkan un

- yarım ç.q. soda (limon şirəsi ilə söndürün)

- 3 şaftalı

Hazırlanması:

1. Yumurtanı mikserlə yaxşı çalın.

2. Hissə-hissə squşonka və un əlavə edin, çalın.  

3. Sodanı limon şirəsi ilə söndürün, kütləyə əlavə edin, ehtiyatla qarışdırın.

4. Şaftalını dilimlərə doğrayın.

5. Formanın dibinə yağ çəkin, bir az un səpin, şaftalını düzün, üzərinə xəmiri tökün.

6. Sobanı qabaqcadan 180 C qədər qızdırın. Piroqu 30-40 dəqiqə bişirin.

7. Soyuyandan sonra üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...