Bişmiş squşonka ilə RULET

Tərkib:

- 4 yumurta

- 1 stəkan un

- 3 x.q. şəkər tozu

- 10 qr qabartma tozu

- 1 çimdik duz

- 1 banka bişmiş squşonka

- qoz (zövqə görə araxıs, fındıq, keşyu)

Hazırlanması:

1. Yumurtanı duz və şəkər tozu ilə yaxşı çalın.

2. Unu qabartma tozu ilə birlikdə əlayin, yumurtalı kütləyə əlavə edin, 1-2 dəqiqə çalın.

3. Tavaya perqament kağızı sərin, xəmiri tökün, hamarlayın (düzbucaq formasında olmalıdır).

4. Korju qabaqcadan 180 C qədər qızdırılmış sobada 15 dəqiqə bişirin. İsti halda dəsmalın köməyi ilə kağızla birlikdə rulet formasında bükün.

5. Korj bir qədər soyuyanda onu açın, kağızı çıxardın.

6. Korja squşonka çəkin, rulet formasında bükün, üzərinə squşonka çəkin, xırda doğranmış qoz səpin.

Nuş olsun!

Evdarliq.az


.
.
Загрузка...