Almalı bulkalar. TEZ VƏ ASAN!

Tərkib:

- yarım kq alma

- yarım kq un

- yarım stəkan süd (bir neçə qaşıq bulkaların üzərinə çəkmək üçün saxlayın)

- 100 qr kərə yağı

- 1 yumurta

- 10 qr qabartma tozu (1 paket)

- 100 qr şəkər tozu + bir neçə qaşıq üzərinə tökmək üçün

- yarım ç.q. darçın

- 1 çimdik duz

Hazırlanması:

1. Unu qabartma tozu ilə birlikdə ələyin.

2. Kərə yağını unla ovuşdurun.

3. Şəkər tozu, süd, yumurta, darçın, duz əlavə edin, qarışdırın.

4. Almaları soyun, xırda-xırda doğrayın, xəmirə əlavə edin, qarışdırın.

5. Xəmiri 1,5 sm qalınlıqda yayın, stəkanın ağzı ilə dairələr kəsin.

6. Tavaya yağ çəkin, un səpin, bulkaları düzün, üzərinə süd çəkin, şəkər tozunu səpin.

7. Sobanı 180 C qədər qızdırın, 25-30 dəqiqə ərzində bişirin.

Nuş olsun!

Evdarliq.az



 

 

.