Kəsmikli kremlə QOZLU TORT

Tərkib:

Xəmir:

- 3 stəkan un

- 200 qr kərə yağı

- 150 qr şəkər tozu

- 2 yumurta

- 1 ç.q. qabartma tozu

- 1 stəkan qoz

Krem:

- 200 qr kəsmik

- 200 qr yağlı xama

- 100 qr şəkər pudrası

- vanilin

Hazırlanması:

1. Kərə yağını şəkər tozu ilə yaxşı çalın.

2. Bir-bir yumurta əlavə edin, çalın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.

4. Qozun 1/3 hissəsini xırdalayın, xəmirə əlavə edin, qarışdırın.

5. Xəmiri 3 hissəyə bölün, yayın. Tavaya yağ çəkin, korjları 250 C qədər qızdırılmış sobada qızılı rəng alana qədər bişirin.

6. Xama, kəsmik, şəkər pudrasını blünderdə yaxşı çalın, qozun 1/3 hissəsini, vanilin əlavə edin, qarışdırın.

7. Hazır korjlara krem çəkin, üst-üstə yığın, tortun üzərinə və böyürlərə də krem çəkin, qalan qozla bəzəyin.   

Nuş olsun!

Evdarliq.az



 

 

.