Tez hazırlanan BİSKVİT TORTU

Tərkib:

Xəmir:

- 3 yumurta

- 1 stəkan un

- 1 stəkan şəkər tozu

Krem:

- 400 qr xama

- 1 stəkan şəkər tozu

- vanil

Hazırlanması:

1. Yumurtanı şəkər tozu ilə mikserlə yaxşı çalın. Kütlə bir neçə dəfə artmalıdır.

2. Ehtiyatla ələnmiş un əlavə edin, bir az qarışdırın.

3. Formaya kağız sərin, xəmiri qoyun, qabaqcadan 170-180 C qədər qızdırılmış sobada 20-30 dəqiqə bişirin.

4. Krem: Soyuq xamanı şəkər tozu ilə 10 dəqiqə ərzində çalın, vanil əlavə edin.

5. Biskvit soyuyanda, 2 hissəyə bölün. Korjların aralarına, üzərinə və böyürlərinə krem çəkin, 5-6 saat soyuducuda saxlayın.

6. Tortu sürtgəcdən keçirilmiş qoz və ya şokoladla bəzəmək olar.

Nuş olsun!

Evdarliq.az