Karamelli içliklə ŞOKOLADLI PEÇENYE

Tərkib:

- 1 stəkan un

- 2 x.q. kakao-toz

- yarım stəkan şəkər tozu

- 100 qr kərə yağı

- 1 yumurta

- yarım ç.q. qabartma tozu

- 1 çimdik duz

- 1 paket vanilin

- 150 qr iris konfeti (nəyumşaq, nə də çox bərk olmamalıdır). İrisin əvəzinə ağ və ya südlü şokoladdan da istifadə etmək olar.

Hazırlanması:

1. Unu ələyin, qabartma tozu, kakao, şəkər tozu, duz, vanilini əlavə edin, qarışdırın.

2. Yumşaq yağ və yumurta əlavə edin, yaxşı qarışdırın, xəmiri yoğurun, soyuducuda 1 saat saxlayın.

3. Xəmirdən kiçik tikələri kəsin, yastıladın, içinə iris qoyun, kürəcik şəklinə salın.

4. Peçenyeləri kağız salınmış tavaya düzün.

5. Sobanı 180 C qədər qızdırın, peçenyeləri 10-15 dəqiqə ərzində bişirin.

6. Peçenyeni soyudun, üzərinə pudra səpin. Peçenyeni soyuyandan sonra uşağa verin ki, içlik uşağın ağzını yandırmasın.

Nuş olsun!

Evdarliq.az



 

 

.