Kəsmiklə 30 DƏQİQƏYƏ hazır olan DADLI PİROQ

Tərkib:

Xəmir:

- 160 qr kərə yağı

- 2 stəkan un

- 150 qr şəkər tozu

- 1 çimdik duz

- yarım ç.q. soda

İçlik:

- 500 qr kəsmik

- 2 yumurta

- 150 qr şəkər tozu

- vanil

Hazırlanması:

1. Soyuq kərə yağını sürtgəcdən keçirin, ələnmiş un, şəkər tozu, duz, limon şirəsi ilə söndürülmüş sodanı əlavə edin, barmaqlarınızla ovuşdurun. Xəmir ovuntu kimi alınmalıdır.

2. İçlik: Kəsmiyi süzgəcdən sıxın, yumurta, vanil, şəkər tozunu əlavə edin, qarışdırın.

3. Formaya kərə yağı çəkin, bir az un səpin, xəmirin yarısını formaya tökün, üzərinə içlik qoyun, hamarlayın, qalan xəmiri tökün.

4. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın, 30-40 dəqiqə bişirin. Soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!

Evdarliq.az



 

 

.