Çox dadlı ÇİYƏLƏKLİ PİROQ. Sadə resept

Tərkib:

- 200 qr un

- 100 qr kərə yağı

- 100 qr xama

- 1 x.q. şəkər tozu

- 1 ç.q. qabartma tozu

İçlik:

- yarım kq çiyələk

- 300 qr xama

- 150 qr şəkər tozu

- 50 qr un

- 2 yumurta

- 2 ç.q. vanilli şəkər tozu

Hazırlanması:

1. Kərə yağını şəkər tozu ilə yaxşı çalın.

2. Xamanı əlavə edin, çalın.

3. Unu qabartma tozu ilə birlikdə ələyin, yağlı kütləyə əlavə edin, yaxşı qarışdırın.

4. Xəmir yoğurun, plyonkaya bükün, soyuducuda 30-40 dəqiqə saxlayın.

5. İçlik hazırlayırıq: xama, şəkər tozu, un, yumurta, vanilli şəkər tozunu bir qədər çalın.

6. Çiyələyi tikələrə doğrayın.

7. Formanın dibinə kağız sərin, xəmir qoyun, yastıladın, qıraqları qaldırın.

8. Xəmirin üzərinə çiyələyi qoyun, üzərinə ehtiyatla xamalı-yumurtalı qarışığı tökün.

9. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 30-50 dəqiqə bişirin.

10. Masaya verdikdən əvvəl piroqu tam soyudun.

Nuş olsun!

Evdarliq.az



 

 

.