Tərkib:
Xəmir:
- 300 qr peçenye (məsələn, Yubileynoye)
- 100 qr kərə yağı
- 50 qr qoz
- 1 x.q. kakao-toz
İçlik:
- 600 ml süd
- 120 qr şəkər tozu
- 120 qr kərə yağı
- 1 plitka şokolad
- 40 qr nişasta
- 20 qr kakao-toz
- 3 yumurta sarısı
- 1 çimdik duz
Hazırlanması:
1. Blenderlə peçenyeni və qozu birlikdə xırdalayın, kakao əlavə edin.
2. Yağı əridin, əlavə edin, yaxşı qarışdırın.
3. Formanın dibinə perqament kağızı sərin, xəmiri tökün, hamarlayın, qıraqları qaldırın, qabaqcadan 160 C qədər qızdırılmış sobada 10-15 dəqiqə bişirin, tam soyudun.
4. İçlik hazırlayın: yumurta sarısı, şəkər tozu, nişasta, duz, 100 ml süd yaxşı qarışdırılır. Qalan südü divarları qalın olan qazana tökün, isti olanda içinə südü qarışdıra-qarışdıra ehtiyatla yumurtalı-şəkərli qarışığı tökün. Qatılaşana qədər bişirin, daim qarışdırın. Krem qatı olmalıdır.
5. Şokoladı kərə yağı ilə su hamamında əridin. İsti halda kremlə qarışdırın ki, həmcins kütlə alınsın.
6. Hazır kremi tam soyudun, bişirilmiş xəmirin içinə qoyun, hamarlayın, üzərini zövqə görə bəzəyin.
7. Piroqu bir neçə saat soyuducuda saxlayın.
Nuş olsun!
Evdarliq.az