Tərkib:
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 5 x.q. qaynanmış su
- 5 yumurta
- vanil
- 1 x.q. limon sedrası
Hazırlanması:
1. Yumurtanı şəkər tozu ilə ağarana qədər çalın.
2. Su əlavə edin, bir qədər çalın.
3. Sedranı, vanili əlavə edin, etiyatla qaşıqla qarışdırın.
4. Hissə-hissə un əlavə edin, ehtiyatla qarışdırın. Xəmir duru alınır.
5. Formaya kərə yağı çəkin, un səpin, xəmir tökün.
6. Sobanı 180 C qədər qızdırın, biskviti 40 dəqiqə ərzində bişirin. İlk 20 dəqiqə ərzində sobanın qapısını açmaq olmaz.
7. Biskviti formada 5 dəqiqə saxlayın, sonra biskviti çıxardın.
Nuş olsun!
Evdarliq.az