Sadə ŞOKOLADLI PİROQ

Tərkib:

- 200 qr südlü şokolad (100 qr - xəmirə, 100 qr - piroqun üzərini bəzəmək üçün)

- 200 qr kərə yağı

- 1 banka squşonka

- 1 yumurta

- 1 stəkan un

- 10 qr kokos yonqarı

- 1 ç.q. qabartma tozu

Hazırlanması:

1. Şokoladı kərə yağı ilə birlikdə əridin.

2. Squşonkanı əlavə edin, yaxşı qarışdırın, soyudun.

3. Yumurtanı çalın, kütləyə əlavə edin, qarışdırın.

4. Unu qabartma tozu ilə ələyin, kütləyə əlavə edin, yaxşı qarışdırın.

5. Formaya perqament kağızını qoyun, xəmir tökün, hamarlayın, üzərinə kokos yonqarını tökün.

6. Piroqu qabaqcadan 180 C qızdırılmış sobada 25 dəqiqə bişirin.

7. Piroqu soyudun, üzərinə əridilmiş şokolad tökün.

Nuş olsun!

Evdarliq.az

Mənbə: Povarenok.ru


.